Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Kəsik kəndində yeni tam orta məktəb binasının tikintisinə başlanılmışdır

03 dekabr 2018 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafanın Gürcüstan respublikası ilə sərhəddində yerləşən Böyük Kəsik kəndində oldu. Bu tədbirdə Böyük Kəsik tam orta məktəbinin 264 şagird yerlik binasının tikinti işləri ilə yaxından tanış oldu. İcra başçısı tikintidə çalışan fəhlə və mühəndislərlə görüşdü, işin gedişi ilə maraqlandı. Məktəbin  inşasında  yerli sakinlərin də işə cəlb olunduğu bildirildi. Hazırda tikintidə hörük işləri 1-ci mərtəbədə başa çatmaq üzrədir. Tikinti işləri sürətlə davam edir. Kənd sakinlərinin də iştirak etdiyi görüşdə söhbət zamanı Məhərrəm Quliyev qeyd etdi ki, indiki şəraitdə yeni məktəb binasının inşa edilməsi ölkə başçısının təhsilə olan diqqətinin təzahürüdür.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər