Böyük Kəsik kəndində növbəti səyyar görüş
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbul-görüşlərini davam etdirir. Növbəti səyyar görüş Böyük Kəsik kənd sakinləri ilə keçirilib. Tədbirdə rayonun müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edib.
Səyyar görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Böyük Kəsik kəndində görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Bildirildi ki, Böyük Kəsik kənd tam orta məktəbinin yenidən tikilməsi təhsilimizin inkişafına göstərilən dövlət qayğsısıdır.
Səyyar qəbul-görüşü yekunlaşdıran cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.