Ağstafada «Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir keçirildi
Ağstafa rayonu Aşağı Göycəli kənd tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, dini radikalizmə qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Ağstafa rayon İcra hakimiyyəti, rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə Dini radikalizm, insan alveri, narkomaniya mövzularında tədbir keçirildi. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.
Rayon polisi şöbəsinin rəisi polis palkovniki Elsəvər Aslanov, Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, rayon Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və başqaları çıxış edərək rayonda dini radikalizm, erkən nigahlar, insan alveri, zərərli maddələrin dövriyyəsinə qarşı keçirilən tədbirlər və görülən profilaktiki işlər barədə məlumat verdilər
Dini radikalizm və zərərli maddələrin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.