Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda orta ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

11 dekabr 2018 | 11:00

Bu münasibətlə keçirilən tədbirlərdə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Şagirdlər böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat veriblər.
  Müəllimlər çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildiriblər.
    Tədbirlərdə Ulu Öndərimizin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev siyasi irsini Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız, bu siyasəti yüksək dəyərləndirir və möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşirlər.
Tədbirin sonunda bir daha ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha da qüdrətlənəcəyinə, dünyada ən inkişaf etmiş dövlətlərdən birinə çevriləcəyinə əminlik ifadə olunub.

 

Keçidlər