Ağstafa rayon mərkəzi xəstəxanasında Ulu öndərin anım günü qeyd edildi
Ağstafanın müxtəlif təşkilatlarında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ardıcıl və sistemli tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 11 dekabır 2018-ci il tarixdə rayon mərkəzi xəstəxanasında olmuşdur. Xəstəxananın akt zalında çıxış edən baş həkim Fatma Vəliyeva diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, xəstəxana işçilərinində hər bir əməkdaşı da bu dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramlarını bildirir, Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.