Xalqın dahi lideri Heydər Əliyevin anım günü Ağstafada böyük izdihamla qeyd olunub
Bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin önündə Ulu öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
İcra başçısı Məhərrəm Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana bəxş etdiyi nadir şəxsiyyət, əsl lider, dünyada sayılıb-seçilən görkəmli siyasətçi idi. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb. "Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla tükənməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millətinin atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Anım mərasimində 5 mindən çox insan iştirak edirdi. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və Ümummilli liderə həsr olunan filmi izləyiblər.