Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında şura iclası keçirildi

14 dekabr 2018 | 11:00

Bu gün   Ağstafa rayonu İcra hakimiyyəti başçısı  yanında şuranın növbəti geniş tərkibli iclası keçirildi.  İcra başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şura iclası rayon İcra hakimiyyəti başçısının akt zalında keçirilirdi. Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev ilk öncə şuranın müzakirəsinə çıxarılan məsələlər barədə ətraflı məlumat verdi. İcra hakimiyyətinin başçısının müavini Aydın Hacıyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə “Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Ağstafa rayonunda həyata keçirilməsinin vəziyyəti barədə çıxış etdi. Qeyd etdi ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir. İcra hakimiyyəti  başçısının  müavini Lalə Eyyubova rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi, “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin icrasının, dini tolerantlığın təmin olunması sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi barədə geniş məruzələrlə çıxış etdi.
Məsələlər ətrafında geniş müzakirələr aparıldı,  İcra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi. Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər