Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun Ağgöl kəndində səyyar qəbul keçirildi

19 dekabr 2018 | 11:00

Bu gün Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin növbəti səyyar görüşü rayonumuzun Ağgöl  kəndində keçirilmişdir. Tədbirdə kənd sakinləri,    rayonun  idarə, müəssisə və təşkilatların rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişdir. Səyyar qəbulu giriş sözü ilə açan rayon İcra başçısı ölkəmizdə bölgələrimizə göstərilən diqqət və qayğıdan, ordu quruculuğu sahəsində görülən işlərdən, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlər haqqında geniş məlumat verdi. İcra başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, ölkədə məmur-vətəndaş münasibətlərinin formalaşdırılması barədə tapşırıqlarını diqqətə çatdırmış və sakinlərdən öz problemlərini sərbəst olaraq dilə gətirmələrini xahiş etmişdir.
Sakinlər Telekommunikasiya qovşağının yaradılmasını, içməli su məsələsi, suvarma suyunun verilməsinin təşkili və təbii qazın təzyiqinin aşağı olması ilə bağlı müraciətlər etmişlər.
Sonda cənab Məhərrəm Quliyev vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərə dair aidiyyatı üzrə tapşırıqlarını verdi.

 

Keçidlər