Şriftin ölçüsü :

Saytın rəngi :

Gələn il Ağstafada məhsuldarlığın bol olacağı gözlənilir

20 dekabr 2018 | 11:00

Respublikamızın iqtisadiyyatında xüsusi yeri olan kənd təsərrüfatının əsas strateji hədəfi ölkəmizin əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Dövlətimiz ölkədə aqrar sahənin inkişaf etdirilməsini və bu əsasda əhalimizi gündəlik qida rasionumuza daxil olan çörəklə etibarlı təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Yaradılan aqrar islahatlar sistemi kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Dövlətin birbaşa yardımları və dəstəyi ilə taxılçılıq inkişaf etməyə və kənd təsərrüfatı məhsul istehsalçılarının bu sahəyə marağı artmağa başladı. Keçən il rayonda 11 min 807 hektar şumlama işləri aparılmışdır. 8 min 542  hektarda buğda, 1640 hektarda isə arpa əkilmişdir. Arpa sahələrinin hər hektarından orta hesabla 25,7 sentner, buğda sahələrinin hər hektarından isə 31 sentner məhsul götürülmüşdür. Qazanılan bu uğur fermerləri ruhlandırmış, əkin sahəsi genişləndirilərək 12 min 337 hektara çatdırılmışdır. Səpin aparılmış sahələrin 8615 hektarı buğda, 1645 hektarnda arpa səpilmişdir. Qalan hissəsi isə yazlıq əkinlər üçün nəzərdə tutulmuşdur. Bununla da aparılan müşahidələrdən aydın olur ki, 2019-cu ildə rayonda kənd təsərrüfatı məhsullarının bol olacağı gözlənilir

Keçidlər