Ağstafada Yeni il bayramı hazırlığının son tamamlanma işləri aparılır
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq 24 - 31 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkının təçkilatçılığı ilə Ağstafa rayon sakinlərinə xidmət edəcək möhtəşəm “ Qış yarmarkası”nın son tamamlanma işləri həyata keçirilir. Yarmarkada 24 dekabr tarixində konsert proqramı ilə start veriləcək. (5).jpg)
Səhnədə tanınmış incəsənət nümayəndələri – Gülyaz və Gülyanaq, Damla, Namiq Qaraçuxurlu, Sevil-Sevinc bacıları, Maestro Ceyhun, AASK rəqs qrupu, Şeron qrupu, Zakir Əliyev, Samir Cəfərov çıxış edəcəklər. Bundan əlavə 7 gün boyunca axşam saat 17:00 dan - 22:00 dək uşaq və yeniyetmələrin asudə vaxtlarını daha mənalı keçirtmək üçün yeni il proqramları və fast-food tipli xidmətlər göstəriləcək.
“Qış Yarmarkası” boyunca hər gün incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının ifaları, regionun ənənəvi saz ustalarının çıxışları bayram çoşqusunu daha da artıracaq.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






