Ağstafada əhalini içməli su ilə təminatının yaxşılaşdırılması üçün tam müassir təmizləyici qurğu olan “Osmos” qurğusunun tikintisi davam edir
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev əhalinin daha dayanıqlı və təmiz içməli su ilə təmin olunması məqsədi ilə tikilən təmizləyici qurğu kompleksinə baxış keçirdi.
Ümumilikdə rayon mərkəzini içməli su ilə təchiz edən Həsənsu kəndi və Vurğun qəsəbəsi ərazilərində 6 ədəd subartezian quyusu inşa olunmuşdur. Hazırda Vurğun qəsəbəsindəki mərkəzdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağstafa rayonunda əhalinin daha da təmiz və şəffaf içməli su ilə təmin olunması məqsədi ilə müvafiq içməli su təmizləyici qurğu kompleksinin inşasında işlər sürətlə davam etdirilir. Burada inşa olunan bir ədəd su anbarı, bir ədəd nasosxana binası, su təmizləyici qurğu olan “Osmos” qurğusu və idarəetmə binalarında son tamamlanma işləri görülür.
İcra başçısı aparılan inşaat işləri ilə yaxından tanış olmuşdur və ümumilikdə Vurğun qəsəbəsindəki mərkəzin fəaliyyətinə nəzər salmışdır. Məlumat verilmişdir ki, mərkəzdə 2 ədəd 1000 m3 və 2 ədəd 1500 m3 su anbarlarına toplanıb xlorlandıqdan sonra iyirmi dörd saat ərzində əhalini fasiləsiz olaraq içməli su ilə təmin edir. Mövcud su anbarı yerləşən ərazidə Xlorator qurğusu suyun kimyəvi və baktereoloji tərkibini yoxlanılması üçün laboratoriya, şəhər ərazisində suyun təziqli ötürülməsi üçün nasosxana və subartezianların, həmçinin su ambarlarının həcminin mərkəzdən idarə olunması üçün “Skada” qurğusu mövcuddur. Gündəlik olaraq labarotoriyada suyun kimyəvi və baktereoloji tərkibi yoxlandıqdan sonra əhalinin istifadəsinə verilir.