Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlimxan kəndində növbəti səyyar qəbul-görüş

09 may 2013 | 10:00

 

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Zəlimxan kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.

Əvvəlcə Zəlimxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir İsmayılov Zəlimxan kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.

Sonra çıxışlar oldu.

1. Vahid Abdullayev oğluna həyətyanı torpaq sahəsinin verilməsini xahiş etdi.

2. Qalib Cəfərov Zəlimxan kənd tam orta məktəb binası qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsini təklif etdi.

3. Məleykə Həsənova maddı köməkdarlıq edilməsini xahiş etdi.

4. Namiq İsmayılov İş yerlərinin açılmasının vacibliyindən danışdı.

5. Ələşrəf Məmmədov(şəhid atası) yaşadığı həyətyanı sahənin üzərindən keçən yüksək gərginlikli 10 kvt-luq elektrik xəttinin yerinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etdi.

 6. Qasım Mirzəyev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.

7. Süleyman İsmayılov yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.

8. Firdovsi Cavadov ailəsinə verilən Ünvanlı sosial yardımın miqdarının az olmasından şikayət etdi.

9. Sara Abbasova kəndin mərkəzində avtobus dayanacağının yenidən qurulmasına ehtiyac olduğunu vurğuladı.

10. Gülcamal Həsənova 40 ha adlanan ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.

11. Meydan Mamayev kəndin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.

12. Rəsul Abbasov yeni məhəllədə elektrik təsərrüfatının yenidən qurulmasının vacibliyindən danışdı.

13. Mahir Məmmədov kənddə beşinci küçənin təmir olunmasını xahiş etdi.

Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, rayondakı qəzalı vəziyyətdə olan məktəblər siyahısına Zəlimxan kənd tam orta məktəbi də daxil edilmişdir. Növbəti illərdə bu məsələyə baxılacaqdır.

Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər