Ağstafada “Qış yarmarkası”na möhtəşəm konsert tədbiri ilə start verildi
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları ilə əlaqədar 24-30 dekabr 2018-ci il tarixlərində Ağstafa rayon İcra hakimiyyətinin və “Ağstafa Aqroparkı”nın birgə təçkilatçılığı ilə “Qış yarmarkası” keçirilir. Yarmarkanın ilk günündə “Ağstafa Aqroparkı”nda ölkənin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə möhtəşəm konsert proqramı keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, millət vəkili Ülviyyə Ağayeva, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də digər rayonlardan təşrif buyurmuş qonaqlar iştirak edirdi. Tədbirdə qeyd olunub ki, yarmarkanın açılışı günü ölkəmiz və xalqımız üçün çox əlamətdar bir tarixə təsadüf edir. Belə ki, 24 dekabr tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə möhtərəm Prezidentimizə bütün ağstafalılar adından möhkəm cansağlığı və şərəfli fəaliyyətində uğurlar arzu edilib. Tədbirdə yola saldığımız 2018-ci il ərzində çalışdıqları sahələrdə fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra şəxs təltif olunub.
20 ədəd bayram əhval ruhiyyəsində bəzdilmiş köşkdə tədbir iştirakçılarına suvenirlər, təzə sıxılmış meyvə şirələri , burger, sendiviç , çay və kofe, şirniyyat və ayaq üstü tez hazırlanan yeməklər təklif olunub.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub. Bayram tədbiri ağstafalılar və qonaqların böyük rəğbət və alqışlarına səbəb oldu.
“Qış Yarmarkası” boyunca hər gün incəsənət nümayəndələrinin çıxışları, milli rəqs qruplarının ifaları, regionun ənənəvi saz ustalarının çıxışları davam etdiriləcəkdir.