Şriftin ölçüsü :

Saytın rəngi :

25 dekabrda Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Yeni il şənliyi keçirildi

26 dekabr 2018 | 11:00

Yarmarkanın ikinci günü Yeni il bayramı ilə əlaqədar olaraq 25 dekabr 2018-ci il tarixində Ağstafa rayon İcra hakimiyyətinin  dəstəyi və Ağstafa Aqrar Sənaye kompleksinin təçkilatçılığı ilə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının,  şəhid ailələrinin və Çernobıl əlilləri üçün bayram sovqatları paylanıldı. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Ağstafada da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların mənzil-məişət problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.
Sonra Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Ağstafalılara bayram təbriklərini çatdırdı. 2018-ci ilin dövlətimiz, xalqımız üçün uğurlu bir olduğunu qeyd edən deputat qarşıdan gələn yeni ildə də xalqımızı daha böyük nailiyyətlərin gözlədiyini qeyd etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağında olan rayonlarımızın  işğaldan azad olunmasını və bayram əhval-ruhiyyəli belə görüşlərin həmin torpaqlarda keçirilməsini arzu edib. Tədbirdə 250 şəhid ailələri və qarabağ əlillərinə  bayram sovqatları paylanıldı. Sonra səhnədə rayonumuzun tanınmış incəsənət nümayəndələrinin şou proqramı ilə Yeni il şənliyi davam etdi.

 

Keçidlər