Ağstafada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm Ümumrayon tədbiri keçirildi
Bu gün Ağstafa rayon İcra hakimiyyəti və Ağstafa aqroparkının birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl münasibəti ilə ümumrayon tədbiri keçirildi. Ağstafa şəhəri Heydər Əliyev adına parkda təşkil olunmuş bayram tədbirini giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə hər kəsi bu əlamətdar bayramlar münasibəti ilə ürəkdən təbrik edib. Bildirilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhs Ulu öndər Heydər Əliyevdir. Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin rəhbərliyi ilə 2019-cu ildə Ağstafa rayonunda görüləcək geniş abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələrin davam olaraq görülən işlər barədə məlumat verdi. İcra başçısı bildirdi ki, yola saldığımız il rayonumuz üçün olduqca əlamətdar və uğurlu il kimi tarixə qovuşur. Növbəti ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunacaqdır.
Sonra tədbir Xalq artisti Teyyub Aslanov, səhnəmizin tanınmış ifaçıları Eldar Ələkbərov, Vasif Məhərrəmli, Şəbnəm Tovuzlu, Mənzurə Musayeva və başqalarının təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.