Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada aztəminatlı ailələrə bayram sovqatları paylanıldı

28 dekabr 2018 | 11:00

Bu gün Ağstafa rayon İcra hakimiyyətini tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanıldı.
Tədbiri giriş sözü ilə açan İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov vətəndaşların qarşıdan gələn bayram münasibəti ilə təbrik edərək ən xoş arzularını çatdırdı. Bilidirildi ki,  25 dekabr 2018-ci il tarixində Ağstafa rayon İcra hakimiyyətinin  dəstəyi və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının,  şəhid ailələrinin və Çernobıl əlilləri üçün bayram sovqatları paylanılmışdır, sosial yardıma ehtiyacı olan yüzlərlə şəxs üçün bayram süfrələri açılmışdır.
Sonda   tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər