Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsində qələbənin 68-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştrakçıları ilə rayon icra hakimiyyəti başçısının görüşü keçirilmişdir.

10 may 2013 | 10:00

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq qələbənin 68-ci ildönümü münasibəti ilə Böyük Vətən müharibəsi iştrakçılarını təbrik etmiş, onların əməyini və fədakarlığını yüksək qiymətləndirdiyini bildirmişdir. Cənab Məhərrəm Quliyev Böyük Vətən müharibəsi iştrakçılaına Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, onların hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirmiş, rayonda da müharibə əllillərinə və veteranlarına hər zaman diqqət və qayğı göstərildiyini tədbir iştrakçılarının diqqətinə çatdırmışıdr. Daha sonra rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, Qarabağ müharibəsi əllilləri və ictimai birliyinin sədri Yaqub İsmayılov və digər veteranlar çıxış edərək onlara göstərilən bu diqqət və qayğıya görə rayon icra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevə minnətdarlıqlarını bildirmiş, onlara hər zaman dövlət dəstəyinin göstərildiyini qeyd etmişdirlər. Sonra Böyük Vətən müharibəsi iştrakçılarına və əllillərinə konsert proqramı təqdim olunmuş,xatirə şəkili çəkilmişdir.

Keçidlər