Ağstafa: 2018-ci ilin uğurları 2019-cu ildə də davamlı olacaqdır...
2018-ci il ölkəmiz və rayonumuz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulan bütün tapşırıqlar uğurla və vaxtında icra edilmişdir.
2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Bu il sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri deməyə əsas verir iki, bizim iqtisadiyyatımız, yəni ümumi məhsul buraxılışının həcmi 1,8 faiz artmışdır.
2018-ci ildə sənaye məhsulunun həcmi 4,3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 2,0 faiz, nəqliyyat xidmətində 1,2 faiz, rabitə xidmətində 3,2 faiz, ticarət sahəsində 2,3 faiz artım olmuşdur. Son beş il ərzində rayon iqtisadiyyatına qoyulan investisiyanın həcmi 311 milyon manat olmuşdur.
Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdəndir. Dövlətimizin dəstəyi ilə bir çox layihələr icra edilir. Rayonda “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC, “Karvan-L EKO” Sənaye Parkı, “Akkord Tekstil” MMC-nin tikiş fabriki, “Saloğlu” Mebel Fabriki, “Azərxalça” ASC-nin Ağstafa filialı, “ATİLO” MMC-nin sərinləşdirici içkilər zavodu və digər müəssisələrə qoyulan özəl sərmayələrin həcmi 2017-ci ildə 34,9 milyon manat və 2018-ci ildə 17,6 milyon manatdan cox olmuşdur. Bu cür layihələrin həyata keçirilməsinə göstərilən diqqət, qayğı və dəstək sonda məşğulluğun artırılmasına gətirib çıxarır. Rayon üzrə həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində son beş ildə 7 mindən artıq yeni iş yerləri açılmışdır.
Rayonda sosialyönümlü layihələrin həlli və infrastruktur layihələrinin icrası istiqamətində ciddi addımlar atılmışdır. Son illərdə rayonda 7 yeni məktəb binası tikilmiş, bir məktəb əsaslı təmir olunmuş və 2 məktəbin tikintisi davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində əsaslı təmir işləri aparılmış, Fizioterapiya şöbəsi tikilib əhalinin istifadəsinə verilmiş, Köhnəqışlaq kəndində və Saloğlu qəsəbəsində yeni tibb məntəqələri tikilmişdir. Rayon mərkəzində yerləşən Heydər Əliyev parkı əsaslı surətdə yenidən qurulmuş, Gənclər Mərkəzi tikilmiş, yeni Tarixi abidələr parkı tikilib istifadəyə verilmiş, Səməd Vurğun parkı yenidən qurulmuş, Yazıçılar Evi tikilib istifadəyə verilmiş, “Paintbol” Atıcılıq Mərkəzi yaradılmış, yeni Musiqi Mərkəzi tikilib istifadəyə verilmiş, Rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzi əsaslı surətdə təmir olunmuşdur.
Rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülmüş, artıq kənd yaşayış məntəqələrinin 80 faizi asfaltlanmış və 5 körpü tikilib istifadəyə verilmişdir. Rayonun təbii qaz yanacğı ilə təminatı 100 faizə çatdırılmışdır.
Ötən illərdə olduğu kimi 2018-ci ildə də rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri həyata keçirilmişdir.
2018-ci ilin uğurlarını 2019-cu ildə də davam etdirməsi və nəzərdə tutulmuş proqramlar və layihələrin icrası istiqamətində tədbirlər həyata keçirilir.