Şriftin ölçüsü :

Saytın rəngi :

Xılxına kənd İcra nümayəndəsi hesabat verdi

10 yanvar 2019 | 11:00

Bu gün Xılxına kəndində 2018-ci ilin yekununa dair hesabat yığıncağı keçirildi. Əvvəlcə kəndin İcra nümayəndəsi Səlim Novruzov Xılxına kəndində 2018-ci ilin yekunlarına dair geniş məruzə ilə çıxış etdi. Hesabat ilində   kənddə görülmüş işlər barədə ətraflı məlumat verdi.

Sonra rayon İcra hakimiyyətinin məsul işçiləri Vüqar Tağıyev və Ziya Məmmədov çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2018-ci ildə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. O cümlədən Xılxına kəndində görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışıldı.

Sonda çıxışçılar Ağstafanın kəndlərinin infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlərdən də söz açdılar.

Keçidlər