Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın Ağgöl, Böyük Kəsik və Aşağı Kəsəmən kəndlərində hesabat yığıncaqları keçirildi

10 yanvar 2019 | 11:00

Ağstafa rayonunda ötən ilin yekununa dair növbəti hesabat yığıncağı Ağgöl, Böyük Kəsik və Aşağı Kəsəmən   kəndlərində keçirildi. Tədbirdə başçının müavinləri və aparatının şöbə müdirləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat ilində   kəndlərdə görülmüş və görülməsi zəruri olan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi..  Xüsusi ilə vurğulandı ki, yeni yaşayış məhəllələrində infrastrukturun yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Rayon icra hakimiyyəti başçısının müavini Aydın Hacıyev çıxış edərək bildirdi ki, bu il rayonumuz  üçün  daha uğurlu il olacaqdır. Belə ki, ölkə rəhbərliyinin yüksək qayğısı və müvafiq tapşırıqlarına uyğun olaraq daha böyük sosial infrastruktur layihələr reallaşdırılmaqdadır. Təbii ki, bütün bunlar ağstafalıların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış addımlardır.
Hesabat yığıncağı işgüzar şəraitdə yekunlaşdırıldı.

Keçidlər