Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun 7 İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirilmişdir

11 yanvar 2019 | 11:00

2019-cu ilin 11 yanvar tarixində rayonun Köhnə Qışlaq, Qarahəsənli, Sadıqlı, Kol Xəlifəli, Yuxarı Göycəli, Həsənsu kəndlərində və Saloğlu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə  həsr olunmuş hesabat yığıncaqları keçirildi. 
Kol Xəlifəli kənd nümayəndəliyində iştirak edən Ağstafa rayon İcra hakimiyyəti başçısının Birinci müavini Ramiz Tatarov çıxışında qeyd etdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında 2018-ci ildə də Azərbaycan bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə etmişdir. 2018-ci ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir.
Sonra Ramiz Tatarov 2018-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi. Qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən  Ağstafa rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və Ağstafamızı Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, rayonun kənd və qəsəbə yaşayış məntəqələrində  məhəllələr   abadlaşdırılacaq, yolların təmiri, su və kanalizasiya sistemləri qurulması, bir sıra küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqlarda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər