Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Azərbaycanda ailə modeli” mövzusunda dini tədbir keçirildi.

11 yanvar 2019 | 11:00

11 yanvar 2019-cu il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində “Vətəni   sevməyən insan olmaz” layihəsi çərçivəsində “Azərbaycanda ailə modeli” mövzusunda tədbir keçirilmişdi. Tədbiri giriş sözü ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq bildirdi ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçmişdir. Bu baxımdan İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edir və ailə dəyərlərinə böyük önəm verir.
          Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tövuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev çıxış edərək Komitə tərəfindən qeyri ən-ənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə müntəzəm olaraq maarifləndirici tədbirlərin təşkil olunduğunu bildirdi. “Vətəni sevməyən insan olmaz” layihəsinin həyata keçirilməsinin əhəmiyyətindən danışdı.
          Daha sonra mövzu ətrafında İmam Əli adına Ağstafa cümə məsçidi dini icmasının sədri Şahin İsmayılzadə, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əli Əliyev və digərləri  Azərbaycan ailəsi dünyada özünə məxsusluğu ilə seçildiyini bildirdilər. Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu  diqqətə çatdırıldı.

Keçidlər