Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının Köçvəlili kəndində səyyar qəbul - görüşü

07 sentyabr 2012 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev sentyabrın 06-da rayonumuzun Köçvəlili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.

Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Ömərov Köçvəlili kəndi və Soyuqbulaq qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Köçvəlili kəndini və Soyuqbulaq qəsəbəsini əhatə edir. Kənddə görülmüş işlər, qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
Valeh Məlikov Köçvəlili kəndinin ərazisində olan yararsız elektrik dayaqlarının və elektrik naqillərinin yenisi ilə əvəz edilməsini xahiş etdi.
Qərənfil Qarabozova oğlunun işlə təmin olunmasına köməklik edilməsini xahiş etdi.
Tahir Ulfanov Soyuqbulaq qəsəbə sakinlərinə şərti verilmiş pay torpaqlarının sənədləşdirilmədiyini diqqətə çatdırdı.
Anar Aslanov gənclərin idmanla məşğul olması üçün şəraitin yaradılmasının vacibliyini qeyd etdi.
Tofiq Yaqubov kəndin rayon mərkəzindən uzaq olmasını nəzərə alaraq kənd təsərrüfatı texnikasının əraziyə gətirilməsinə köməklik edilməsi barədə məsələ qaldırdı.
Rayət Bəşirov Gəncə-Böyük Kəsik elektrik qatarının işinin bərpa edilməsinin vacib olduğunu qeyd etdi.
Sabir Osmanov kəndə təbii qazın verilməsini xahiş etdi.
Valeh Abdullayev kanaldan ayrılan suvarma arxının təmir olunmasını təklif etdi.

Rəfailə Hacıyeva 065 saylı hərbi hissənin çirkab sularının Soyuqbulaq qəsəbəsində açıq sahəyə axıdılmasının qarşısının alınması məsələsini qaldırdı.
Akif Heydərov Ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
Fazilə Abdullayeva Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının ərazi üçün həyati əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı.
Rasim Osmanov Soyuqbulaq qəsəbə tam orta məktəb binası tədris üçün yararsız olduğundan, yeni məktəb binasının inşa edilməsinə ciddi ehtiyac olduğunu qeyd etdi.
Tahir Ömərov Köçvəlili kəndində yeni həkim məntəqəsinin inşa edilməsini təklif etdi.
İradə Yusifova Kəndin içməli su təminatının yaxşılaşdırılması haqqında danışdı.
Şöhrət Mustafayev ərazidə bir ədəd bankomatın quraşdırılmasına ehtiyac olduğunu bildirdi.
Zakir Tomayev Köçvəlili kəndində yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən və Kür çayının sol sahilində yaşayan əhalini maraqlandıran ən vacib məsələlərdən olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasından söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Keçidlər