Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Ağstafa rayonunda keçirilən silsilə tədbirlər bu gün Ulu Öndərin abidəsini ziyarət etməklə davam etdirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Ağstafa rayonunda keçirilən silsilə tədbirlər bu gün Ulu Öndərin abidəsini ziyarət etməklə davam etdirilmişdir.
Ağstafa rayon icra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanı işçilərinin, idarə və müəssisə kollektivlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydu. Yüzlərlə insanın iştirak etdiyi tədbirin iştirakçıları daha sonra Heydər Əliyev muzey-mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxmışlar.
Sonda tədbir iştirakçıları Heydər Əliyev muzey-mərkəzində Ulu öndər Heydər Əliyevin xatirə muzeyinə ekskursiya etdilər.