20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Ağstafa rayonu İcra hakimiyyəti başçısının imzaladığı 27 dekabr 2018-ci il tarixli 171 saylı Sərəncamına uyğun olaraq 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Tədbirlər planı” təsdiq olunmuşdur.
Bu gün silsilə tədbirlər çərçivəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar Ağstafa İnzibati Ərazi Dairəsi nümayəndəliyi, "Azərpoçt" MMC-nin Ağstafa poçt filialı, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Ağstafa “Su kanal” idarəsində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqına qarşı həyata keçirilən bu qanlı faciə insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıb. Qanlı yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin məhz Ulu öndər Heydər Əliyevin həkimiyyətə qayıdışından sonra verilməsi xüsusi vurğulanıb.