Ağstafada növbəti 6 İƏD üzrə nümayədəliyin hesabat yığıncağı keçirildi
«Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Ağstafa rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat yığıncaqları davam edir. 2019-cu ilin 16 yanvar tarixində rayonun Qırılı, Muğanlı, Zəlimxan, Köçvəlli, kəndlərində Qarayazı və Vurğun qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir.
Qırılı kənd nümayəndəliyində iştirak edən Ağstafa rayon İcra hakimiyyəti Başçısının Birinci müavini Ramiz Tatarov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi-iqtisadi və sosial yüksəliş strategiyasıdan danışdı. Ramiz Tatarov qeyd edib ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, rayonda iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub. Regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı.
Sonda inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları açıq fikir mübadiləsi və diskusiyalar şəraitində keçirilmiş və sakinlər çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etdilər. Kənd sakinləri yaşayış məntəqələrinin müəyyən sosial problemlərinin həlli ilə əlaqədar öz təkliflərini səsləndirdilər.