Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yekunlarına dair 5 İƏD üzrə nümayəndəlikdə növbəti hesabat yığıncaqları keçirildi

17 yanvar 2019 | 11:00

Ağstafa rayon İcra Hakimiyyəti başçısının Poylu, Köçəsgər, Xətai, Qıraq Kəsəmən kəndləri və Poylu qəsəbədə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018–ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirildi.
Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova Xətai kəndində İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018–ci ilin yekunlarına dair hesabat yığıncağında bildirdi ki,  bu gün ölkəmizdə  yeni, ən müasir standartlara cavab verən sosial - iqtisadi infrastruktur yaradılmışdır. Azərbaycanın dünyada nüfuzu artmış, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.
Sonra Lalə Eyyubova Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Xətai kəndində də  qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi.
Poylu, Köçəsgər, Xətai, Qıraq Kəsəmən kəndləri və Poylu qəsəbədə İnzibati Ərazi Dairəsi  üzrə nümayəndələrinin hesabat yığıncağında  bildirilmişdir ki, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq şəhər, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi  qəbulu təşkil olunmuşdur.  İlin yekunlarına həsr olunmuş hesabat yığıncaqları açıq fikir mübadiləsi şəraitində keçirilibdir. Sonda vətəndaşlar çıxış edərək onlara göstərilən dövlət qayğısından məmnunluqlarını bildirdilər.

Keçidlər