Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam edir

17 yanvar 2019 | 11:00

20  Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən silsilə tədbirlər keçirilir. 17 yanvar 2019-cu il tarixdə silsilə tədbirlər çərçivəsində 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar, Ağstafanın müxtəlif təşkilatlarında o cümlədən, Ağstafa Gənclər və İdman idarəsi, Rayon Mərkəzi  Xəstəxanası, 26 saylı Yol İstismar İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar  faciəsi ilə bağlı tədbirlər keçirildi. Tədbir iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Ağstafa rayon İcra hakimiyəətinin  məsul işçisi Şahhüseyn  Qurbanov rayon Mərkəzi Xəstəxanasında çıxış edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan  nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi 20 Yanvar qətliamını  qətiyyətlə  ittiham edərək  bəyanatla çıxış etmişdir.

İdarə və təşkilat rəhbərləri çıxışlarda qeyd etdilər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş  ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin  qəhrəmanları olmuşlar. O zaman yalnız Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi  qiymət verdi.

Keçidlər