Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun Tatlı və Düz Qışlaq kəndlərində növbəti hesabat yığıncağı keçirildi

18 yanvar 2019 | 11:00

Bu gün Düz Qışlaq və Tatlı kəndlərinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində hesabat yığıncaqları keçirildi. Tatlı kəndinin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qoşqar Hüseynov kənddə görülən işlər barədə iclas iştirakçılarına geniş məlumat verdi.
  Sonra Ağstafa rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Müşfiq Hüseynov çıxışında, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən söz açdı. Bildirdi ki, dövlət başçısı ölkədə aqrar sahənin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Ağstafada Yaradılan aqrar müəssisələr sistemi kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur.  
Düz Qışlaq kəndinin hesabat yığıncağında  iştirak edən Rayon İcra hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev çıxış edərək bidirilmişdir ki, Ağstafa rayonunun sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Görülən işlər çərçivəsində həmçinin çoxmənzilli yaşayış binaları təmir olunur, ətrafda abadlıq işləri həyata keçirilir. O cümlədən Düz Qışlaq kəndində də mavi qazla təchizatı yüz faizə çatdırılıb, fasiləsiz elektrik enerjisi ilə təmin olunur.  Kəndi  əhatə edən, əsaslı şəkildə yenidən qurulan avtomobil yolunu və görülən digər işləri misal çəkə bilərik.  
Hesabatların sonunda mövcud problemlərdən danışılaraq, sakinləri maraqlandıran suallar cavablandırılmış və bir çox müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər