Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun idarə, müəsisə və təşkilatlarında 20 Yanvar şəhidlərinin ildönümü keçirilir

18 yanvar 2019 | 11:00

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” na əsasən  ölkəmizdə keçirilən silsilə anım tədbirləri Ağstafada da davam etdirilir. Rayonun Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət sahəsində,  “Aztelekom” MMC-nin Ağstafa Telekommunikasiya Qovşağında və digər təşkilatlarda 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Anım  tədbirlərində  qeyd edildi ki, Ümummilli liderimiz Heydər Əliyevin  Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək  20 Yanvar faciəsi ilə bağlı kəsgin şəkildə çıxış edib və  Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etmişdir. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev   bu məsələni diqqət mərkəzində saxladı. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

Keçidlər