Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissədə yubiley tədbiri keçirildi

21 yanvar 2019 | 11:00

Bu gün rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin yaradılmasının 20 illiyi münasibəti ilə hərbi hissədə əsgərlər üçün geniş bayram tədbiri keçirildi. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, hərbi hissənin komandanlığı və şəxsi heyyəti iştirak etdi. Hərbi hissə komandiri və zabit heyyəti çıxış edərək, Ağstafa rayon İcra Hakimiyyəti rəhbərliyinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Komandanlıq bildirdi ki, Hərbi hissənin yaranma gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirərək ölkədə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin işğal altında olan torpaqları azad etməyə hər zaman hazır olduqlarını qeyd etdilər.
Bayram münasibəti ilə hərbiçiləri təbrik edən cənab Məhərrəm Quliyev 100 illik Azərbaycan ordusunun, tariximizdə yeri və əhəmiyyəti barədə geniş danışdı. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtması ölkəni məhv olmaq təhlükəsindən qurtardı, yenicə müstəqillik qazanmış dövləti vətəndaş müharibəsi girdabından çıxartdı. Regionun ən güclü ordusu olan müasir və qüdrətli ordumuz Ali Baş Komandan rəhbərliyi ilə erməni işğalı altında olan torpaqlarımızı hər an azad etməyə qadirdir. Aprel və Naxçıvan döyüşləri Silahlı Qüvvələrimizin gücünü, döyüş qabiliyyətini və əzmini bir daha sübut etdi. Vurğulandı ki, sülh danışıqları bir nəticə verməzsə, mərd Azərbaycan oğullarının sayəsində tezliklə işğal altında olan torpaqlarımız erməni işğalçılarından azad ediləcək və üçrəngli bayrağımız doğma Qarabağımızda, Şuşamızda, işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
Rayon İcra başçısı və N-saylı hərbi hissənin rəhbərliyi tədbirdə iştirak edən bir qrup  hərbiçiyə qiymətli hədiyyə və mükafatlar təqdim etdilər. Sonra qonaqlar əsgər yataxanası və yeməkxanası ilə tanış oldular. Konsert proqramı ilə rəqs edən əsgərlər əsl bayram sevinci yaşadılar.

 

Keçidlər