Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun Eynallı kəndində hesabat yığıncağı keçirildi

23 yanvar 2019 | 11:00

Ağstafa rayonunda yerli İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir. Rayon İcra hakimiyyəti başçısının Eynallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi. Tədbir Eynallı kənd tam orta məktəbinin akt zalında təşkil olunmuşdur. Hesabatda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatın şöbə müdirləri, elə o cümlədən, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İlk öncə kəndin İcra nümayəndəsi Əliyev Şadət yaşayış məntəqəsi haqqında geniş arayışla çıxış etdi, il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışdı. Qeyd olundu ki, ötən il kəndarası yollar tamamilə xırlanmış, sakinlərin içməli su təminatının yaxşılaşdırılması yönündə su kəhrizləri təmir olunmuş, işıq, qaz təminatı  normasında tənzimlənmişdir. Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, 2018-ci il Ağstafa üçün növbəti uğurlu il kimi yadda qaldı. Rayon ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülmüş, Qıraq Kəsəmən və Ağgöl kənd yaşayış məntəqələri istisna olmaqla bütün kəndlər  asfaltlanıbdır. Hazırda Ağstafa-Yenigün-Qaçaq Kərəm-Xətai əsaslı təmirinə başlanılıbdır. Rayonda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər insanların rahatlığının təmin olunmasına əsaslı töfhə verir. Rayonun təbii qaz yanacağı ilə təminatı 100 faizə çatdırılıb. Ötən illərdə olduğu kimi 2018-ci ildə də rayonda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri həyata keçirilib.2018-ci ilin uğurlarını 2019-cu ildə də davam etdirməsi və nəzərdə tutulmuş proqramlar və layihələrin icrası istiqamətində tədbirlər həyata keçirilir Hesabat yığıncağı açıq fikir mübadiləsi şəraitində keçirilmiş və vətəndaşlar çıxış edərək onlara göstərilən dövlət qayğısından məmnunluqlarını bildirdilər. Tədbir işgüzar şəraitdə keçdi.

 

Keçidlər