Ağstafada biznes bacarıqları üzrə təlim keçirilir
25 yanvar 2019 | 11:00
Bu gün Ağstafa rayonu Heydər Əliyev mərkəzində Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək İctimai Birliyi (QRİ VCİD İB) Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlıq Sinerji (YES) Şəbəkəsi”nin həyata keçirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə Ağstafa rayonundan olan Bələdiyyə sədrləri, rayonun gənc sahibkarları və Gürcüstan Respublikasının nümayəndə heyyəti təmsil olunur. Tədbir iki gün davam edəcəkdir.