2018-ci ilin yekunlarına aid növbəti hesabat yığıncağı Dağ Kəsəmən kəndində keçirildi
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə ötən ilin yekununa dair növbəti hesabat yığıncağı Dağ Kəsəmən kəndində keçirildi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə, təşkilatlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəb binasında keçirilən tədbirdə ilk öncə kənd İcra nümayəndəsi Fazil Bayramov geniş məruzə ilə çıxış etdi. Hesabat ilində kənddə görülmüş və görülməsi zəruri olan işlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi.
Rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxışında qeyd etdi ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial-iqtisadi, siyasi-mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Vurğulandı ki, ölkənin ən inkişaf etmiş yaşayış zonalarından birinə çevrilən Ağstafada sakinlər ilə İcra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər insanları narahat edən məsələlər öz müsbət həllini tapıb.
Hesabat yığıncağı işgüzar şəraitdə yekunlaşdı.