“15 may Beynəlxalq ailə günü”
15 may 2013-cü il tarixdə “15 may Beynəlxalq ailə günü” ilə əlaqədar Heydər Əliyev Muzey Mərkəzində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə başçının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə xanım Eyyubova açaraq “ailə günü” ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə 30-40 il birgə ömür sürmüş ailələri təqdim etdi. 98 yaşı tamam olması münasibətilə Köçəsgər kənd sakini Yaqut Qasımovanı təbrik etdi, tədbirdə iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. RİH-nin hədiyyəsini təqdim etdi. Sonra Lalə Eyyubova geniş məruzə ilə çıxış etdi. Daha sonra rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, Veteran müəllim Mahmud Məmmədov, Rayon Təhsil Şöbəsinin məsləhətçisi Əli Əliyev “Azərbaycan ailələri”, “Ailə ənənələri”, “Ailə və Cəmiyyət” mövzusunda çıxış etdilər. Tədbirin sonunda qocaman ailələrə RİH-nin hədiyyələri verildi.