Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi.

02 fevral 2019 | 11:00

Ağstafa şəhər  Musiqi mərkəzində  2 fevral Gənclər Günü ilə əlaqədar geniş bayram  tədbiri keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon gəncləri  iştirak edirdi.  İştirakçılar ilk öncə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstləri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər. Rayonun bütün gənclərin səmimi qəlbdən təbrik edən İcra başçısı  bu günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdaraq, dahi liderin gənclərə həmişə böyük sevgi ilə yanaşdığını bildirdi. Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını vurğuladı. İcra başçısı bildirdi ki, Ağstafa gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Vətən uğrunda canını qurban verən şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Dahi lider Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində Azərbaycanın gələcəyi ücün vacib olan hərbi kadırların yetişməsi məqsədilə hələ sovetlər dönəmində bu sahənin vacibliyini nəzərə alaraq 1971-ci ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Peşakar azərbaycanlı hərbicilər yetişdirildi və Qarabağ münaqişəsi zamanı Milli ordumuzun yaranmasında həmin hərbi kadırlardan  istifadə olundu. Cənab Məhərrəm Quliyev daha sonra  2018-ci il ərzində öz sahələrində fərqlənən hərbi xidmətdə olan N saylı hərbi hissənin 3 nəfər müddətli əsgərini və bir qrup gənci  rayon İcra Hakimiyyəti başçısının müvafiq “Fəxri Fərman”ları ilə təltif etdi. Sonra Ağstafa rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədri Elvin İmaməliyev, Saloğlu qəsəbə tam orta məktəbinin müəlliməsi Lamiyyə Mansurova, Dövlət Təhlükəsizlik Akademiyasının tələbəsi Elxan Məmmədli çıxış edərək bildirdilər ki, məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər üç ildən bir gənclərin forumunun keçirilməsi və ölkədə gənclər gününün təsis olunması reallığa çevrildi. Cənab Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həllinə yönələn çox saylı fərman və sərəncamların imzalanması və dövlət quruculuğu prosesinə cəlb edilməsi gənclərdə müasir düşüncə tərzinin formalaşdırılmasına geniş imkanlar yaradır. Çıxış edənlər Ağstafada gənclər üçün yaradılan yüksək şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Tədbir geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər