Ağstafada növbəti yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işləri sürətlə aparılır
Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yollarının yenidən qurulması ilə yaxından tanış oldu. Yenidənqurma işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. İcra başçısı aidiyyatı qurumlara yol-nəqliyyat infrastrukturuna maniə törədən telekommunikasiya xətləri və elektrik dirəkləri yeniləri ilə əvəzlənməsinə göstəriş verdi. Müasir standartlara cavab verəcək yeni yola görə kənd sakinləri cənab Prezident İlham Əliyeva dərin minnətdərlıqlarını bildirdilər.
Rayon İcra başçısı vətəndaşlara bildirdi ki, işlərin belə sürətlə aparılması onu deməyə əsas verir ki, yaxın zamanda yolun çəkilişi başa çatacaqdır. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir və bu sahədə həyata keçirilən işlər davamlı xarakter daşıyır.