Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Göycəli kəndində vətəndaşlarla görüş keçirildi

07 fevral 2019 | 11:00

Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə Aşağı Göycəli kənd sakinləri ilə görüş keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Ağstafa RİH-nin Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi Elşən İsmayılov kəntdə görülən işlər haqqında ətraflı məlumat verdi.
Sonra İcra başçısı çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır. Ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Qey edildi ki, son illərdə Aşağı Göycəli kəndində əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib. Kəntdə qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, uşaq baxçası kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanıldığı vurğulandı.
Sonda cənab Məhərrəm Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

 

Keçidlər