Ağstafa elektrik yarımstansiyası yenidən qurulur
08 fevral 2019 | 11:00
Cənab Prezident İlham Əliyevin gösərişi ilə Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Ağstafa şəhərində 110/35/10 kv elektrik yarımstansiyasının əsaslı şəkildə yenidən qurulmasına start verilibdir. Yarımstansiya Ağstafa və Qazax rayonunun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasına, yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə hesablanıb.