Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Adil Tatarovun təhsil aldığı məktəbdə anım tədbiri keçirildi

08 fevral 2019 | 11:00

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhid Adil Tatarovun təhsil aldığı məktəbdə anım mərasimi keçirildi. Şəhidin qəbirüstü abidəsini ziyarət edən valideynləri, müəllimləri, Qarabağ qaziləri, müharibə veteranları eləcə də kənd ictimaiyyətinin nümayəndələri gül dəstələri düzdülər. Mərasim iştirakçıları Adil Tatarovun və onun timsalında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Valideynlərinə bildirildi ki, Adil hamımızın övladıdır. Hər zaman qəlbimizdə yaşayacaqdır.
Adilin şərəfinə ucaldılmış şəhidlər kompleksi  ziyarət olundu. Sonra təhsil aldığı məktəbdə tədbir davam etdirildi. Rayon İcra hakimiyyətinin məsul işçisi Əziz Məsmaliyev bildirdi ki,  Naxçıvan qələbəsi zamanı biz düşmən tapdağı altında olan  11 min hektar ərazini işğaldan azad etdik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Adil Tatarov hərb tariximizə yeni şanlı səhifələr yazdı.
Daha sonra Gülamail Murad, Barat Vüsal, O.Hüseynov, B.Babayev, V.Vəliyev, İ.Məmmədov və T.Yaqubəliyev vurğuladılar ki, Adil Tatarovun Vətən, torpaq sevgisi və vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu mənfur düşmənimiz ermənilərə bir daha sübut etdi.
Sonda qeyd edildi ki, Adilin əfsanələşən igidliyi Azərbaycanın hərb tarixinə əbədi həkk olundu. Şəhidimizin igidliyini, şəxsi nümunəsini yüksək dəyərləndirən Ali Baş Komandan-möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər