Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ildə Ağstafada 12 subartezian quyusu qazılacaqdır

12 fevral 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılmasına sərəncam vermişdir.

Azərbaycan Respublikası Prezidentinin
12 fevral 2019-cu il tarixli
Sərəncamına
Əlavə
2019-cu ildə qazılması təklif olunan subartezian quyularının
yaşayış məntəqələri üzrə
Siyahısı

Keçidlər