Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Mədəniyyət Mərkəzində şəhər ictimaiyyəti ilə görüş keçirildi

15 fevral 2019 | 11:00

Ağstafa rayon Mədəniyyət Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, hüququq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər.  Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyev şəhərdə görülən işlər haqqında ətraflı məlumat verdi. Şəhərin sosial infrastrukturunun işlək vəziyyətdə saxlanması, nəqliyyat, xidmət və ticarət sahələrində mədəni münasibətin və qanunçuluğun gözlənilməsi istiqamətində görülən işlərin diqqət mərkəzindədə saxlanıldığını bildirdi.
Görüşdə rayon İcra başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham  Əliyev tərəfindən Ağstafa şəhərinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. İcra başçısı qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin  ərazisində yeni asfalt örtüyü ilə bağlı layihələr həyata keçirilir. Bildirildi ki, yola salınan ildə Ağstafa doğum şöbəsinin əsaslı təmiri və 2 saylı körpələr evi - uşaq bağçasının təmiri işləri başa çatdırılaraq istifadəyə verilmişdir. A.Qədiməliyev, Q.Kərəm, İ.Rəhimov, Ə.Eminov, M.Allahverdiyev, S.Mehmandarov, B.Mirzəyev küçələrinə, habelə Heydər Əliyev prospektinin 2-ci döngəsinə və 20 Yanvar küçəsi 14, 16 saylı kommunal binaların həyətlərinə asfalt  örtüyü çəkilmişdir. Eyni zamanda şəhər ərazisində A.Qədiməliyev, Ə.Eminov, Q.Kərəm və Heydər Əliyev prospektinin 2-ci döngəsində işıqlandırma sistemi quraşdırılmışdır. Vurğulandı ki, 2018-ci ildə şəhərin ayrı - ayrı küçələrində keçirilən görüşlərdə sakinlər kommunikasiya xətlərinin nizama salınması, küçələrin təmiri məsələlər qaldırılıb və həlli istiqamətində addımlar atılmış, müvafiq tədbirlər görülmüşdür.
Görüşdə çıxış edən Ağstafa şəhər ictimaiyyətinin nümayəndələri Abid Nağıyev, Kəmalə Zamanova, Nəsib Vəliyev və digərləri 2018-ci il ərzində Ağstafa şəhərində həyata keçirilən təmir-tikinti,  abadlıq-quruculuq işlərini yüksək səviyyədə olduğunu vurğuladılar. Ümumən Ağstafa rayonunda görülən işlərə görə rayon sakinləri adından dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər