Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İntellektual oyunlar” bilik yarışmasının final mərhələsi keçirildi.
Ağstafa RİH başçısının təşəbbüsü ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “İntellektual oyunlar” bilik yarışmasının final mərhələsi Ağstafa şəhər Heydər Əliyev Mərkəzində təşkil olundu. 2012-2013-cü tədris ili boyunca davam edən və rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən yarışın bu mərhələsinə böyük maraq vardır. Belə ki, Ağstafa RİH başçısının müavini Lalə Eyyubovanın və rayon Təhsil şöbəsinin müdiri Fərhad Vəliyevin, eləcə də çoxsaylı müəllim və şagirdlərin iştirakı ilə baş tutan qarşılaşmaların nəticəsində Ağstafa şəhər 2 saylı tam orta məkəbin və Sadıqlı kənd tam orta məktəbin komandaları III yerlə kifayətləndilər. Dağkəsəmən kənd 2 saylı tam orta məktəbin komandasının II yerə çıxdığı yarışın qalibi adına rayonun ucqar kənd məktəbi – Böyük Kəsik kənd tam orta məktəbinin komandası layiq görüldü. Yarışda fərqlənən komandalar fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandırıldılar.