“Xocalı Soyqırımı”nın 27-ci il dönümü ilə əlaqədar “dəyirmi masa” təşkil edilib.
Tariximizin faciəvi səhifələrindən olan “Xocalı soyqırımı” nın 27-ci ildönümü ilə əlaqədar olaraq, 15 fevral 2019-cu il tarixli Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 15 saylı Sərəncam imzalamışdır. Təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq fevralın 18-də şəhər 2 nömrəli tam orta məktəbində “Xocalı Soyqırımı”nın 27-ci il dönümü ilə bağlı “Dəyirmi masa” təşkil edilib.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsinin tarixindən geniş şəkildə bəhs olunub. Dərsləri tədris edən müəllimlər fevralın 25-i gecə saatlarından şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıldığını və fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyünü bir daha şagirdlərin diqqətinə çatdırıb. Qətliamda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfər əsir götürüldüyü bildirilib.
Tədbirin keçirilməsində məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.