Sərhəd kəndində növbəti tibbi müayinə keçirilibdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının növbəti dəfə tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar 11 fevral 2019-cu il tarixdən Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. 19 fevral tarixdə rayonun sərhəd bölgəsində yerləşən Köhnəqışlaq kənd sakinləri səyyar həkim briqadası tərəfindən tibbi müayinədən keçirilibdir. Ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə vətəndaşların sağlamlıq durumunun yaxşılaşdırılmasıdır. Rayonun cəbhə bölgəsində yerləşən kəndlərin sakinləri onların gündəlik məişət, kommunal şəraitlərinin daim diqqət mərkəzində olması ilə yanaşı, həmçinin sağlamlıqlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər.