Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa: sərhəd kənlərdində tibbi müayinədən keçirilənlər ölkə Prezidentinə minnətdarlıq edirlər

20 fevral 2019 | 11:00

Köhnəqışlaq mənfur düşmənlə sərhəddə yerləşən bir kənddir.Dəfələrlə düşmən təcavüzünə məruz qalıb, evləri dağıdılıb, sakinlərindən əsir götürülənlər olub və sair.Amma bütün bunlara baxmayaraq Köhnıqışlaq bu gün də məğrur dayanıb, əkinlə -biçinlə, maldarlıqla məşğuldur.Kəndin məişət problemləri həll olunub, yol çəkilib, digər problemlərin həlli istiqamətində müntəzəm işlər görülür.

Bu günlərdə kənd sakinləri daha bir düqqət və qayğını öz üzərlərində hiss etmişlər. Ölkə Prezidentinin vətəndaşların növbəti dəfə tibbi müayin olunması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq fevralın 19-da Köhnəqışlağa gələn səyyar həkim briqadası tərəfindən kənd əhalisinin bütün təbəqəsi tibbi müayinədən keçirilmişdir.     Kənd əhalisinə məlumat verilmişdir ki, ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi adamlara zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə vətəndaşların sağlamlıq durumunun yaxşılaşdırılmasıdır.

Nəinki Köhnəqışlaq, eləcə də rayonun cəbhə bölgəsində yerləşən digər kəndlərinin sakinləri onların gündəlik məişət, kommunal şəraitlərinin daim diqqət mərkəzində saxlanması ilə yanaşı, həmçinin sağlamlıqlarına yüksək diqqət və qayğı göstərilməsinə  görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

Keçidlər