Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kəndində səyyar görüş keçirildi

21 fevral 2019 | 11:00

   Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin növbəti səyyar görüşü rayonun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində keçirildi. Yeni istifadəyə verilmiş Köhnəqışlaq kənd məktəbində keçirilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, rayon İcra hakimiyyəti başçısının müavinləri, aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud sabitlik və əmin-amanlığından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqları ilə Ağstafada həyata keçirilən abadlıq-quruculuq işlərindən, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələri sakinlərin diqqətinə çatdırdı. Görüşdə İcra başçısı vətəndaşları narahat edən məsələləri dinlədi, onların təkliflərini qəbul etdi. Məsələlərin operativ  qaydada həll olunması istiqamətində aidiyyat  üzrə müvafiq tapşırıqlarını verdi.

 

Keçidlər