Ağstafada yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir
Rayonun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm yolları, Mehdi Mustafayev və Həzi Aslanov küçələrində asfalt beton örtüyünün salınmasında son tamamlanma işləri aparılır. Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Rayonda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artmışdır.