Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Xocalı soyqırımı silsilə tədbirlərlə qeyd olunur

22 fevral 2019 | 11:00

Ağstafa rayonunda Xocalı soyqırımının 27-cü ildönümünün keçirilməsinə dair rayon icra hakimiyyətində geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda Xocalı soyqırımının 27-cü ildönümü ilə əlaqədar anım tədbirlərinin icrasına başlanılıb.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşən qanlı olaydır. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini işğal edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçiriblər. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Çıxış edənlər Xocalı hadisəsini erməni-rus hərbi birləşmələrinin dinc xalqa qarşı soyqırımı kimi qiymətləndiriblər. Azərbaycanın işğal altındakı ərazilərinin tezliklə azad olunacağına inamlarını ifadə ediblər.
Xocalı hadisələrində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Keçidlər