Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Körpələr evi-uşaq bağçalarında Xocalı faciəsinin 27-ci ildönümü keçirildi

25 fevral 2019 | 11:00

Ağstafa rayon Körpələr evi-uşaq bağçalarında  Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Xocalı faciəsinə hüquqi qiymət vermək yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.
    Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiya təqdim edilmişdir və soyqırıma aid şerlər söylənilmişdir.

Keçidlər